- Baxış sayı: 26
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Hakimlərin inkişaf etdirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirən UEFA növbəti addımını atıb. Allsport.az saytı xəbər verir ki, bu təşkilatın hakimlər komitəsinin sədri Roberto Rosetti tərəfindən yeni – istedad və mentor proqramı yaradıldığı, hazırda hakimlərin təsnifatında 1-ci kateqoriyada yer alan FİFA referisi Əliyar Ağayevin də həmin proqrama daxil edildiyi bildirilib.
İstedad və mentor proqramında 1-ci kateqoriyadan (ümumilikdə Avropa üzrə 48 hakim) elit kateqoriyaya namizəd olan 11 hakim yer alıb. Proqram müddətində müxtəlif monitorinqlər aparılacaq və ən istedadlı hakimlər növbəti il seçilmişlərdə yer alan 26 nəfərdən ən zəif göstəricilərə malik və ya son yaş həddinə çatmış referiləri əvəzləyəcək.