- Baxış sayı: 38
- 31 Mart 2026 21:42
- Baxış sayı: 783
- Mart 30, 2026
- 0

FIFA referisi Əliyar Ağayev Yunanıstan super liqasının çempionluq qrupunun oyununu idarə edib. Allsport.az xəbər verir ki, o, 2-ci turda “Panatinaikos” – PAOK matçında baş hakim olub.
Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olub. Görüş Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçirilib. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Ağayev ev sahiblərinin 3, qonaqların 4 futbolçusuna sarı vərəqə göstərib.
Bu nəticədən sonra “Panatinaikos” 49 xalla 4-cü, PAOK 50 xalla 3-cüdür.