- Baxış sayı: 40
- 22 Mart 2026 15:50
- Baxış sayı: 275
- Mart 22, 2026
- 0

Əliyar Ağayev çempionlar liqasının qrup mərhələsinin 6-cı turunda “Srvena Svezda” – “Mançester Siti” matçını idarə edib.
Allsport.az xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək göstəriblər. 4-cü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirib.
Görüş “şəhərlilər”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı yüksək səviyyədə idarə edən Ağayev 85-ci dəqiqədə ev sahibinin qapısına penalti təyin edib. O, Serbiya təmsilçisinə 3, Mançester klubuna isə 1 sarı vərəqə göstərib.