- Baxış sayı: 19
- 07 May 2026 13:09
- Baxış sayı: 72
- May 06, 2026
- 0

Emin Mahmudov “Neftçi”də 70-ci qolunu vurub.
Allsport.az xəbər verir ki, yarımmüdafiəçinin yubiley topu Azərbaycan premyer liqasının XXV turuna təsadüf edib. “Ağ-qaralar”ın kapitanı “İmişli” ilə ev matçında (6:0) fərqlənib.
Emin 2017-ci ildən çıxış etdiyi “Neftçi” köynəyi ilə çıxdığı 281-ci oyunda 70-ci qolunu vurub. O, premyer liqada 54 (229 oyunda), ölkə kubokunda 7 (27 oyunda), avrokuboklarda 9 (25 oyunda) dəfə rəqib qapılarına yol tapıb.
Emin “Neftçi”nin 89 illik tarixində 70 və ya daha çox qol vuran 10-cu futbolçudur. O, eyni sayda qol vuran Qurban Qurbanovla 9-10-cu yerləri bölüşür.
“Neftçi” tarixinin bombardiri Samir Ələkbərovun hesabında 142 qol var.