- Baxış sayı: 32
- 08 May 2026 10:42
- Baxış sayı: 36
- May 08, 2026
- 0

“Turan Tovuz” Azərbaycan premyer liqasının 2025/26 mövsümündə 14-cü qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, qərb təmsilçisi evdə “Qəbələ”ni 3:2 hesabı ilə məğlub edib.
Tovuz klubu bununla da premyer liqada bir mövsümdəki qələbə sayında öz rekordunu təkrarlayıb. 4-cü dəfə yüksək dəstədə mübarizə aparan “Turan Tovuz” ötən mövsümdə də 14 dəfə qalib gəlib.
Çempionatın sonuna 8 tur qalmış bu rekorda çatan komanda növbəti qələbə ilə göstəricini yeniləyəcək.