- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 178
- Dekabr 18, 2024
- 0
“I Avropa Oyunları ərəfəsində test xarakterli gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı kimi yarışların keçirilməsi çox vacibdir”. Allsport.az xəbər verir ki, bunu Avropa Gimnastika İttifaqının prezidenti Jorj Gelzek Bakıda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu yarışların təşkili çətin idi: “Tamaşaçılar bu möhtəşəm yarışlardan zövq alacaqlar. Adətən, belə yarışlar çox dinamik keçir”.
J.Gelzek qeyd edib ki, gimnastikanın inkişafı insanların sağlamlığına yönəlib: “Gimnastika ümumilikdə əhali, xüsusilə də uşaqlar üçün çox vacibdir”.
İlk Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman departamentinin direktoru Pirs О’Kallahan qeyd edib ki, Avropa idmanı üçün olduqca həyəcanlı, tarixi dövr yaxınlaşır.
Onun sözlərinə görə, hazırda iyunda Bakıda təşkil olunacaq I Avropa Oyunlarına hazırlıq üzrə tədbirlər keçirilir: “Bu tədbirlər çox vacibdir. Onlar I Avropa Oyunlarının keçirilməsi üçün meydançaların hazırlığını yoxlamağa imkan verir”.
P.О’Kallahan əlavə edib ki, hələ görüləsi iş çoxdur: “Lakin görürük ki, Təşkilat Komitəsi beynəlxalq idman federasiyaları ilə sıx işləyir. Azərbaycan xalqının I Avropa Oyunlarını keçirmək təcrübəsi ilə fəxr etməsi üçün yaxşı imkan mövcuddur”.
O vurğulayıb ki, güləş və boks üzrə sınaq yarışlarının “Bakı Kristal Zalı”nda keçirilməsi gözlənilir: “İlk Avropa Oyunları üçün bəzi meydançalar hələ tikinti prosesi mərhələsindədir. Bu, həmçinin gimnastikanın altı növü üzrə yarışların təşkili üçün arenanın sınaqdan keçirilməsi baxımından bir imkandır. Bu idman növünün tarixində ilk dəfə olaraq gimnastikanın altı növü üzrə yarışlar birlikdə keçiriləcək”.