- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Bakı-2015 dünən axşam keçirilmiş 3D animasiyadan ibarət möhtəşəm şouda əfsanəvi Qız qalasının üzərində Avropa Oyunlarının simvolları olan “Ceyran” və “Nar”ı nümayiş etdirib. Allsport.az saytı xəbər verir ki, bu cütlük Milli Parkın yaxınlığında keçirilən tədbirə toplanmış insan kütləsinin marağına səbəb olub. Şouda həmçinin, oxatma, basketbol, boks, velosiped idmanı və qılıncoynatma idman növləri haqqında animasiyalar da təqdim edilib.
Ceyran və nar Azərbaycanın mədəni tarixini və idman sahəsinin gələcəyini təmsil etmək məqsədi ilə bu həftə İlk Avropa Oyunlarının elçiləri elan olunub. Bakı-2015-in Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna bu tədbir barədə bunları deyib: “Dünən axşam keçirilən bu tədbir ilk dəfə olaraq möhtəşəm Qız qalasının üzərində nümayiş etdirilmiş simvollarımızı görmək üçün toplanmış hər kəsə olduqca maraqlı oldu.
Qarşıdan gələn aylarda Ceyran və Nar Bakı 2015 Avropa Oyunlarının rəmzinə çevriləcək və mən əminəm ki, Avropa Oyunlarını izləmək üçün Bakı şəhərinə gələcək və bütün yaş kateqoriyasına daxil olan idman azarkeşləri arasında məşhurlaşacaq.
Bakı 2015 Avropa Oyunlarının açılış mərasiminədək geriyə sayıma davam edirik və bu cür əhəmiyyətli tarixləri qeyd etmək üçün xüsusi şou tədbirlər keçirəcəyik. Mən əminəm ki, bütün şəhər sakinləri keçirəcəyimiz hər bir tədbirdə bizə qoşulacaq”.