- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin futbolçusu Namiq Ələsgərov Sloveniyanın “Domjale” komandasına qarşı yoxlama oyunundan (1:2) sonra fikirlərini bildirib. Allsport.az xəbər verir ki, Ələsgərov klubun televiziyasına açıqlamasında bunu deyib:
“Yoxlama oyunu olsa da, istəyirdik qələbə qazanaq. Alınmadı. Əsas odur ki, oyunumuzu yaxşılaşdıraq. Qarşıda bir yoxlama oyunumuz var. Çalışacağıq ki, yaxşı performans göstərək. Əsas olan Tiflisdəki “Dinamo” ilə matçdır. Bu oyuna tam hazır olmaq lazımdır. İnanıram ki, hər şey qaydasına düşəcək”.
“Neftçi” çempionlar liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də Gürcüstanda “Dinamo” ilə qarşılaşacaq. Komandalar arasındakı cavab matçı iyulun 14-də Bakıda olacaq.