- Baxış sayı: 62
- 04 Dekabr 2025 21:18
- Baxış sayı: 150
- Dekabr 05, 2025
- 0

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında keçiriləcək “Neftçi” – “Baltsan” oyunu öncəsi “ağ-qaralar”ın baş məşqçisi Vəli Qasımovun mətbuat konfransı olacaq.
Allsport.az saytı xəbər verir ki, tədbir iyulun 5-də “Bakcell Arena”da keçiriləcək və saat 19:30-da başlanacaq. Konfransdan sonra, saat 20:00-da komandanın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.
İyulun 6-da isə “Bakcell Arena”da “Baltsan” klubunun baş məşqçisinin mətbuat konfransı və açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:30-da, məşq isə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, iyulun 7-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Baltsan” oyunu saat 20:00-da başlanacaq.