- Baxış sayı: 590
- 26 Yanvar 2026 09:09
- Baxış sayı: 151
- Fevral 02, 2026
- 0

Beynəlxalq olimpiya komitəsinin (BOK) Olimpiya həmrəyliyi fondu və “Vörld Triatlon”’un dəstəyi, Azərbaycan milli olimpiya komitəsi (MOK) və yerli triatlon federasiyasının birgə təşkil etdiyi məşqçilər üçün 1-ci dərəcəli kurs uğurla başa çatıb. Allsport.az saytı xəbər verir ki, təlimlərdə 16 məşqçi iştirak edib, onlardan 25%-ni qadınlar təşkil edib. Bu təşəbbüs ölkəmizdə triatlon üzrə məşqçi potensialının gücləndirilməsinə xidmət edir.
MOK-un mətbuat xidmətinin məlumatına görə, bağlanış mərasimində komitənin vitse-prezidenti Fərid Mansurov, idman idarəsinin müdiri Həsənağa Rzayev, layihə meneceri Elxan Səmədzadə, ATF-in baş katibi Seymur Hüseynov və mətbuat xidmətinin rəhbəri Sənubər İmanova, həmçinin beynəlxalq təlimçilər Firas əl-Həmid (İordaniya) və Aleksey Kalinin (Qırğızıstan) iştirak ediblər.