- Baxış sayı: 40
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 40
- Dekabr 05, 2025
- 0

“Sabah” premyer liqanın 4-cü turunda evdə “Sumqayıt”a 3:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “bayquşlar”ın baş məşqçisi Krunoslav Renduliç bunu deyib:
“İlk saniyələrdən hər şey nəzarətimizdə idi. Təəssüf ki, bir səhv etdik və bunun nəticəsində hesabda geri düşdük. 10-15 dəqiqə biz yaxşı deyildik. Bu da normal idi: belə səhvlər olanda bir balaca özünəinamı itirirsən.
Sonra toparlandıq və ilk yarıda hesabə bərabərləşdirdik. 2-ci hissədə üstünlüyümüzü davam etdirib matçı qələbə ilə başa vurduq”.