10 atıcımız hədəf önünə keçib

Paytaxtda atıcılıq üzrə dünya kuboku keçirilir. Allsport.az saytı xəbər verir ki, Bakı atıcılıq mərkəzində ilk finalçılar müəyyənləşib. Pnevmatik tapança ilə 10 metr məsafədən atəş açma yarışlarında qarışıq komandalar təsnifat mərhələsində mübarizə aparıblar.

Yarışa qatılmalı olan 28 komandadan biri start xəttinə çıxmayıb. 27 cütdən dördü həlledici raunda yüksəlib. Türkiyə və Qazaxıstan qızıl, Ukrayna və Çin bürünc medal uğrunda mübarizə aparacaq.

Azərbaycanın 10 atıcısı hədəf önünə keçib. Yalnız 3 kişi və 3 qadın snayperimiz finala vəsiqə qazanmaq və medallar üçün mübarizə aparıb. Digərləri yalnız reytinq xalları qazanmaqla kifayətləniblər.

Həmin kateqoriyadan