Avropa çempionatında 21-ci yer

İtaliyanın Lonato del Qarda şəhərində keçirilən stend atıcılığı üzrə Avropa çempionatı davam edir.

Allsport.az xəbər verir ki, səngər stendində (trap) təsnifat mərhələsinə yekun vurulub.

Azərbaycan millisinin snayperləri də hədəf önünə keçib.

Qadınların mübarizəsinə 53 idmançı qatılıb. Ülviyyə Eyvazova 111 xalla 21-ci, Aydan Camalova 106 xalla 33-cü yeri tutub.

Gənc qızların yarışında 22 atıcı iştirak edib. Nərmin Cəfərova 89 xalla 20-ci, Aylin Quliyeva 74 xalla 22-ci olub.

Kişilərin mübarizəsinə 107 idmançı qatılıb. Əli Hüseynli 116 xalla 34-cü, Əlimirzə Quliyev 115 xalla 43-cü, Sabir Mehdizadə 111 xalla 68-ci yeri tutub. Təmsilçilərimiz komanda yarışında 342 xalla 12-ci olub.

Gənclərin mübarizəsinə 47 snayper qatılıb. Təsnifat mərhələsini Murtaza Novruzlu 105 xalla 41-ci, 12 xal az toplayan Kamil Mədətov 47-ci yerdə başa vurub.

Həmin kateqoriyadan