5 atıcımızdan erkən vida

Bakıda keçirilən atıcılıq üzrə dünya kubokunda qadınların 25 m məsafədən tapança ilə atəş açma yarışında təsnifat mərhələsinə yekun vurulub.

Allsport.az xəbər verir ki, 69 snayper final mərhələsinə 8 vəsiqənin sahibini müəyyənləşdirib.

Azərbaycan millisinin 5 atıcısı mübarizəni dayandırıb. Ən yaxşı təmsilçimiz Xanna Əliyeva 574 xalla 36-cı olub. Zeynəb Sultanova 52-ci (571 xal), Həqiqət Atayeva 54-cü (569 xal), Nigar Nəsirova 60-cı (565 xal), Leyli Əliyeva 66-cı (549 xal) yeri tutub.

Həmin kateqoriyadan