- Baxış sayı: 38
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0

“Keşlə” Azərbaycan kubokunda 50-ci ev oyununu keçirib. Allsport.az xəbər verir ki, turnirdə 1997/98 mövsümündə debüt edən paytaxt təmsilçisinin yubileyi yarımfinalın “Zirə” ilə ilk matçına təsadüf edib.
1:2 hesabı ilə uduzan Sənan Qurbanovun yetirmələri həm də klub tarixində 10-cu ev məğlubiyyətini alıb. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən komanda öz meydanında keçirdiyi digər görüşlərdə 30 qələbə qazanıb və 10 heç-heçə edib.
Yalnız iki komanda kubokda daha çox ev oyunu keçirib. “Neftçi” 77, “Qarabağ” 71 dəfə rəqibini öz meydanında qəbul edib.