100-ə çatan ilk futbolçu

“Krasnodar” Rusiya kubokunun yarımfinalında öz meydanında MOİK-i 4:0 hesabı ilə darmadağın edib.

Allsport.az xəbər verir ki, qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan hücumçu Con Kordoba klubun tarixinə düşüb.

32 yaşlı kolumbiyalı forvard “Krasnodar”ın heyətində rəsmi oyunlarda “qol+ötürmə” sistemi üzrə 100 xal (72 qol + 28 ötürmə) toplayan ilk futbolçu olub.

2021-ci ildən “Krasnodar”da çıxış edən Kordoba ötən mövsüm (2024/25) Rusiya çempionu adını qazanıb.

Həmin kateqoriyadan