12-qat ölkə çempionu: İlk 4-lükdə yer almaq heç də asan deyildi

30 mayda Azərbaycan basketbol liqasına yekun vurulub. İlk dəfə yüksək səviyyədə və çox rəqabətli çempionatda qalib adını “Sabah” klubu qazanıb. Debütant ilk dəfə sevinsə də, onun təcrübəli heyət üzvü Fuad Niftalıyev 12 kərə baş mükafata yiyələnib. 43 yaşlı basketbolçu bu uğurlara “Qala” və “Aztop” komandalarında yetişib. “Sabah”ın 2-ci nömrəli oyunçusu allsport.az saytına təəssuratını belə bölüşüb:

“Çempionatımız çox maraqlı və gərgin keçdi. İlk turlardan liderlər qrupunda yer aldıq. Amma orada möhkəmlənmək heç də asan deyildi. Çünki növbəti mərhələyə yüksəlmək üçün ilk 4-lüyə düşməliydin. Lakin eyni gücdə komandaların sayı çox idi.

Biz bütün maneələri yarıb həlledici məqamda finala çıxdıq. Hesabda 2 dəfə önə keçsək də, “Gəncə” tarazlığı yarada bildi. Əsl final oyunu oldu. Güzəştsiz mübarizə getdi. Sevindiricidir ki, həlledici qələbəni qazandıq. Bu çempionat yaddaşlarda xoş xatirə kimi qalacaq”.

Həmin kateqoriyadan