- Baxış sayı: 25
- 01 Yanvar 2026 13:55
- Baxış sayı: 115
- Dekabr 31, 2025
- 0

İngiltərə premyer liqasının XIX turunda “Mançester Yunayted”lə 1:1 hesablı heç-heçə edən “Vulverhəmpton” tarixi antirekorda imza atıb.
Allsport.az xəbər verir ki, mövsümün startından bəri keçirdiyi 19 oyunun heç birində qələbə qazanmayan (3 heç-heçə, 16 məğlubiyyət) komanda, İngiltərə tarixində buna bənzər göstərici nümayiş etdirən ikinci klub olub. Belə bir hal sonuncu dəfə 1902/1903 mövsümündə “Bolton”un çıxışı zamanı qeydə alınmışdı.
Hazırda cəmi 3 xalı olan “Vulverhəmpton” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.