13 yaşlı futbolçu adam öldürməkdə şübhəli bilinir

“Lion” akademiyasının 13 yaşlı futbolçusu qətldə şübhəli bilinir. Allsport.az xəbər verir ki, Fransa polisi 16 yaşlı yeniyetməni bıçaqla qətlə yetirməkdə əsas şübhəli olan “Lion” akademiyasının 13 yaşlı oyunçusunu saxlayıb.

“Bazar günü saat 22:30 radələrində Lion şəhərinin Kaluar-et-Kyuar rayonunda bir gənc üç dostdan ibarət qrupu bıçaqla hədələyib. O, onlardan birinin sinəsindən bıçaqlayıb.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən zərərçəkən aldığı xəsarətlərdən gecə saatlarında dünyasını dəyişib”, – BFMTV polis mənbəsinə istinadən bildirir.

Həmin kateqoriyadan