13 yaşlı nəvəm dedi: “Baba, Parisə getmə, onlar olimpiadada LGBT təbliğatı aparacaqlar”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 13 yaşlı nəvəsinin xahişi ilə Fransa prezidenti Emmanuel Makronun Parisdə olimpiadanın açılışında iştirak etmək dəvətindən imtina etdiyini etiraf edib.

Allsport.az saytı xəbər verir ki, 2024-cü il oyunlarının mərasimi Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin transvestitlər və LGBT nümayəndələrinin ifasında təxribat xarakterli parodiyası səbəbindən böyük qalmaqalla yadda qalıb. Bu “tamaşa” bütün dünyada tənqid olunub. Nəticədə, BOK qalmaqallı görüntüləri rəsmi resurslarından silib və üzr istəyib.

“Makron məni olimpiya oyunlarının açılışına dəvət etdi, dedim ki, bəlkə gələcəm. 13 yaşlı nəvəm mənə dedi: “Baba, ora getmə”. Səbəbini soruşdum, o cavab verdi: “Onlar orada LGBT təbliğatı aparacaqlar”.

O, mənə İnstaqramdan bir video göstərdi. “Yaxşı, nəvəm, getməyəcəyəm” deyə cavab verdim”, – qardaş ölkənin başqanı hakim “Ədalət və İnkişaf” partiyasının baş qərargahında çıxışı zamanı bildirib.

Həmin kateqoriyadan