- Baxış sayı: 40
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 132
- Noyabr 28, 2024
- 0
“Neftçi” Azərbaycan çempionatları tarixində 1400-cü qolunu vurub. Allsport.az xəbər verir ki, bu, premyer liqanın XXIII turunun “Zirə” ilə görüşünə təsadüf edib.
“Ağ-qaralar”ın 4:0 hesabı ilə qalib gəldiyi görüşdə vurulan 3-cü qol yubiley xarakteri daşıyıb. Bu qarşılaşmayadək 1397 dəfə fərqlənən bakılılar 1401-ə çatıb. Yubiley qoluna Namiq Ələsgərov imza atıb.
1992-ci ildən keçirilən ölkə çempionatları tarixində ən çox qol vuran komanda olan “Neftçi” 1400-ə 820-ci oyunda çatıb. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,71-ə bərabərdir. “Ağ-qaralar” evdə 812, səfərdə 569, neytral meydanda 20 qola imza atıb.