- Baxış sayı: 101
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 59
- Dekabr 05, 2025
- 0

Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasında yeniyetmələr arasında Azərbaycan birinciliyinin ilk gününə yekun vurulub.
Allsport.az saytı xəbər verir ki, toplam 141 kq (63+78) nəticə göstərən Orxan İmanov (49 kq) yaşı 15-ə qədər olan ağırlıqqaldıranlar arasında qızıl medala yiyələnib. Nihat Zairov eyni çəki dərəcəsində eyni nəticəni (55+65) 17-yaşlılarda qazanıb.
15 yaşlı oğlanlarda Hacıağa Məmmədov (55 kq) toplam 178 kq (77+101) nəticə ilə bütün rəqiblərini üstələyib.