“15 xal ciddi rəqəmdir”

Azərbaycan premyer liqasının XXIX turunun “Qarabağ” – “Zirə” oyunundan (1:0) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis matç barədə fikrini açıqlayıb:

“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Sonda yorulmuşdular, çox zəhmət çəkdilər. Rəqib də ağıllı, düzgün müdafiə qurmuşdu, bizə oynamağa çox imkan vermədi. Bizi dəstəklədikləri üçün azarkeşlərimizə də təşəkkür edirəm”.

Baş məşqçi bildirib ki, ikinci pillədə qərarlaşan “Zirə”dən 15 xal öndə olmalarına baxmayaraq, arxayınlaşmaq olmaz: “15 xal ciddi rəqəmdir. Neçə illərdir gərgin mövsüm keçiririk. Futbolçularda fiziki, psixoloji yorğunluq olur. Vəziyyətin belə olmasının onlara da böyük faydası olacaq. Biz bütün oyunlara qələbə üçün çıxacağıq. Daim azarkeşlərimizi sevindirmək və qələbə ruhunu qorumaq istəyirik”.

Həmin kateqoriyadan

azenrutr