150-ci penalti

“Neftçi” Azərbaycan çempionatlarında 150-ci penaltisini vurub. 

Allsport.az xəbər verir ki, bu, Azərbaycan premyer liqasının XXIV turunun “Qəbələ” ilə səfər matçına (3:1) təsadüf edib.

Emin Mahmudov komandasının görüşdəki 2-ci qoluna 11 metrlik cərimə zərbəsindən imza atıb.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 34 mövsümdə vurduğu 150 penaltidən 120-ni qola çevirib. Paytaxt təmsilçisinin dəqiqlik faizi 80-ə bərabərdir.

“Neftçi” turnirin tarixi ərzində vurulan penalti sayında yalnız “Qarabağ”dan geri qalır. Hər iki komanda 1992-ci ildən premyer liqanın (əvvəl güclülər dəstəsi) daimi iştirakçılarıdır.

“Neftçi” ilk penaltisini 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşmada vurub. Yunis Hüseynov komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.

Həmin kateqoriyadan