- Baxış sayı: 8
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 206
- Fevral 04, 2026
- 0

Azərbaycan klublarının avrokuboklardakı qələbə sayı 150-yə çatıb.
Allsport.az xəbər verir ki, yubiley qalibiyyəti çempionlar liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Qarabağ” – “Şelburn” oyununa təsadüf edib.
Ağdam təmsilçisi İrlandiya klubuna 1:0 hesabı ilə qalib gəlib. 150-ci qələbə qitə səhnəsindəki 477-ci matça təsadüf edib.
Azərbaycanın təmsilçiləri çempionlar liqasında 38, Avropa liqasında (əvvəl UEFA kuboku) 82, konfrans liqasında 21, intertoto kubokunda 9 dəfə azarkeşlərini sevindirib. Qələbələrdən 87-si evdə, 63-ü səfərdə əldə olunub.
Azərbaycan komandalarının ilk qələbəsi 1996-cı il iyulun 17-nə təsadüf edib. Həmin gün “Neftçi” Sofiya “Lokomotiv”ini Bakıda 2:1 hesabı ilə məğlub edib.