16 yaşlı qapıçı ÇL-də oynayacaq

“Bavariya” çempionlar liqasının 1/8 final mərhələsinin “Atalanta” ilə cavab qarşılaşmasına ciddi qapıçı itkisi ilə çıxa bilər.

Allsport.az xəbər verir ki, əsas qapıçı Manuel Noyer və onun əvəzləyicisi Yonas Urbiqin zədələnməsindən sonra, üçüncü qapıçı Sven Ulrayx da sıradan çıxıb. Ulrayxın Almaniya çempionatında “Bayer”lə oyunda (1:1) əzələsi yırtılıb və onun bir neçə aylıq yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Bu səbəbdən martın 18-də keçiriləcək həlledici matçda Münhen təmsilçisinin qapısını 16 yaşlı Leonard Preskottun qoruyacağı ehtimal edilir. Nyu-York doğumlu olan və 2023-cü ildə “Bavariya”nın akademiyasına qoşulan gənc istedad son iki rəsmi oyunda əsas komandanın ehtiyat skamyasında yer alıb. Digər bir variant isə əvəzedici heyətin 19 yaşlı qapıçısı Yannis Bartldır.

“Bavariya” ilk oyunda İtaliya klubunu 6:1 hesabı ilə darmadağın edib.

Həmin kateqoriyadan