- Baxış sayı: 145
- 13 Fevral 2026 23:16
- Baxış sayı: 271
- Fevral 13, 2026
- 0

11-14 fevralda Azərbaycan basketbol liqasında (ABL) 17-ci turun görüşləri keçirilib. Allsport.az xəbər verir ki, “A” və “B” qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.
“A” qrupu
“Gəncə” – “Abşeron Lions” (71:81)
“Şəki” – “Neftçi” (77:93)
NTD – “Sabah” (87:103)
“B” qrupu
“Lənkəran” – “Sərhədçi” (69:83)
“Sumqayıt” – “Naxçıvan” (107:110)
“Ordu” – “Quba” (98:87)
17 turdan sonra “A” qrupunun vahid lideri “Sabah”, “B” qrupunun vahid lideri isə “Ordu” klubudur. Hərbiçilər sona 3 tur qalmış “B” qrupunda çempionluqlarını rəsmiləşdiriblər.