17 dövlət qurumunun əməkdaşları yarışıb

“Konstitusiya və Suverenlik İli” çərçivəsində dekabrın 14-də dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı yarışı keçirilib. 

Allsport.az xəbər verir ki, Qəbələ atıcılıq klubunda təşkil edilən yarışda 17 dövlət qurumunu təmsil edən ümumilikdə 49 iştirakçı (30 kişi, 19 qadın) mübarizə aparıb.

Qadınlar arasında fövqəladə hallar nazirliyinin əməkdaşı Aynur Ağayeva Məmmədova birinci yerə layiq görülüb. Azərbaycan hava yollarını təmsil edən İlhamə Cəfərova ikinci, icbari tibbi sığorta üzrə dövlət agentliyinin əməkdaşı Aynur Əsgərova isə üçüncü olublar.

Kişilər arasında Azərbaycan hava yollarının nümayəndəsi Ayaz Kərimov qalib adını qazanıb. Eyni qurumdan olan Ramin Əmirov ikinci yeri tutub. Üçüncü yerə isə fövqəladə hallar nazirliyinin əməkdaşı Fuad Əliyev layiq görülüb.

Həmin kateqoriyadan