- Baxış sayı: 66
- 12 Fevral 2025 11:27
- Baxış sayı: 82
- Mart 16, 2025
- 0
Xorvatiyanın Osiyek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatında Azərbaycan ylğması növbəti uğura imza atıb. Allsport.az xəbər verir ki, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma üzrə kişilərin Trio komanda yarışında Ruslan Lunev, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığmamız bürünc medal qazanıb.
Üçüncü yer uğrunda keçirilən həlledici qarşılaşmada komandamız Almaniya təmsilçilərinə 16:14 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Çempionatın qalibi Türkiyə yığması, gümüş medalçısı isə Çex Respublikası komandası olub.