- Baxış sayı: 92
- 18 May 2026 13:26
- Baxış sayı: 119
- May 26, 2026
- 0

Bakı atıcılıq mərkəzində güllə atıcılığı üzrə məşqçilər üçün serbiyalı mütəxəssis Yelena Arunoviçin rəhbərliyi ilə məşqçi kursu təşkil edilib.
Allsport.az saytı xəbər verir ki, 3 gün davam edən təlimdə məşqçilər atıcıların taktiki yanaşmaları, psixoloji dayanıqlığının artırılması və fiziki hazırlıq səviyyəsinin optimallaşdırılması mövzularında dərinləşdirilmiş seminarlar keçiblər.
Təlimin təcrübə hissəsində isə iştirakçılar qruplara bölünərək, müasir məşq modelləri əsasında real situasiyalar üzərində praktiki hazırlıq həyata keçiriblər.