180 azarkeş ölkədən çıxarıldı

Oktyabrın 20-də axşam saatlarında 180 nəfər “Napoli” azarkeşi insidentlərin qarşısını almaq məqsədilə saxlanılaraq Niderlanddan çıxarılıb.

Allsport.az xəbər verir ki, italyan azarkeş qrupu Eyndhovenin mərkəzindəki təhlükəsizlik zonasını pozub. Tərəfdarlar şəhərin mərkəzini tərk etmək tələblərinə məhəl qoymayıblar. Buna görə də, onlar həbs ediliblər.

Həmin şəxslər avtobusla polis məntəqəsinə aparılıb və orada bəzilərinin hətta axşamkı oyuna biletlərinin olmadığı aşkar edilib.

Çempionlar liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində PSV ilə “Napoli” arasında matç bu gün Niderlanddakı “Daniel Zibert” stadionunda baş tutacaq.

Həmin kateqoriyadan