- Baxış sayı: 30
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 29
- Noyabr 26, 2024
- 0
Niderlan kubokunun yarımfinalında “Feyenoord” “Ayaks”la qarşı-qarşıya gəlib.
Allsport.az xəbər verir ki, “Ayaks” rəqibini 2:1 hesabı ilə üstələyib və finala vəsiqə qazanıb. Qolları “Feyenord”dan Santiyaqo Qimenez (45+2-ci dəqiqə), “Ayaks”dan isə Dusan Tadiç (14-cü dəqiqə) və Davi Klassen (51-ci dəqiqə) vurub.
Oyunda qalmaqallı hadisələr yaşanıb. Dusan Tadiçin “Feyenoord”un kapitanı Orxun Kökçüyə qarşı etdiyi hərəkətlər matçın dayanmasına səbəb olub. Matçın 60-cı dəqiqəsində ikili topu tutmaq üçün mübarizə aparıblar. Tadiç Orxunu yerə yıxıb və yerdə olarkən ayaqının üstə çıxıb. Ona yerdən qalxdıqca sərt ifadələr işlədən Dusan, ona ayağa qalxmağa icazə verməyib.
Dusan Tadiçin Orxuna etdiyi hərəkətlərdən sonra sosial şəbəkələrdə hücumçuya qarşı çox sərt paylaşımlar edilib. Serbiyalı futbolçu üçün ağır şərhlər yazılıb.