- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Borussiya Dortmund”un yarımmüdafiəçisi Yulian Brandt karyerasında yeni səhifə açmağa hazırlaşır.
Allsport.az xəbər verir ki, bu yay azad agent statusu qazanacaq 29 yaşlı almaniyalı futbolçu “Arsenal” və “Barselona”nın maraq dairəsinə düşüb.
Yeddi illik Dortmund karyerasından sonra Brandt İngiltərə, İspaniya və ya İtaliya klublarından birinə keçməyi planlaşdırır.
Qış transfer pəncərəsində premyer liqa klublarından gələn iki rəsmi təklifi mövsümü “Borussiya”da tamamlamaq istədiyi üçün rədd edən yarımmüdafiəçi hazırda müxtəlif variantları dəyərləndirir.
Cari mövsümdə keçirdiyi 32 matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan Brandtin bazar dəyəri 20 milyon avro qiymətləndirilir.