19 yaşlı qapıçı oyunda öldü

İspaniyanın beşinci divizionunun 3-cü qrupunun dördüncü turunda “Revilya” ilə oyunda aldığı zədə nəticəsində “Kolindres”in qapıçısı Raul Ramiresin dünyasını dəyişdiyini açıqlayıb. 

Allsport.az xəbər verir ki, 19 yaşlı qolkiper rəqiblə toqquşma zamanı başından zərbə alıb. Futbolçunun ürəyi dayanıb. Əvvəlcə onun köməyinə komandasının baş məşqçisi Rafa de Penya, ardınca isə azarkeşlər arasında tibb bacısı gəlib. 

O, xəstəxanaya aparılıb və bazar ertəsi orada ölüb.

Həmin kateqoriyadan