“2-ci hissədə risk etməyə başladılar”

“Qarabağ” premyer liqanın 7-ci turunda öz meydanında “Neftçi”ni 4:0 məyus edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Ağdam klubunun baş məşqçsi Qurban Qurnanov bunu söyləyib:

“İlk olaraq Dövlət suverenliyi günü münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gün idi. Oyuna gəlincə, çox yaxşı komandaya qarşı vacib matça çıxdıq. “Neftçi”nin son nəticələrinə baxdıqda, bu görüşə çox ciddi hazırlaşacağını bilirdik.

Bunu da meydanda hiss etdik. Birinci hissədə üç qol vursaq da, fasilə ərəfəsində rəqib üstünlüyü ələ aldı. 2-ci hissədə risk etməyə başladılar. Futbolçularımız çox çətinlik çəkdilər. Buna baxmayaraq, müsbət nəticə çox önəmli idi. Hər 2 komandanın azarkeşlərinə təşəkkür edirəm”.

Həmin kateqoriyadan