- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç komandanın azərbaycanlı hücumçusu Mahir Əmrəlinin çempionlar liqasının I təsnifat mərhələsində Norveç “Bodo Qlimt”i ilə ilk oyunda (3:2) performansı barədə danışıb. Allsport.az xəbər verir ki, o, millimizin üzvünün dubl etdiyi görüşlə bağlı bunu söyləyib:
“İkinci qol ondan gözlənilən ustalığın nəticəsi idi. Həmişə hücumçunun müdafiə planında çox çalışmasını istəyirəm. Bu baxımdan onun etdikləri bizə kömək oldu. Çünki rəqib topa çox yaxşı sahib idi. Amma bir neçə dəfə olmalı olduğu yerdə deyildi. Bu barədə mütləq danışacağıq və bu məqamları yaxşılaşdırmağa çalışacağıq. Ümumilikdə debütünə gəlincə, ümidverici oldu. Qol vurduğunuz zaman ətrafınızdakı insanlar sizə inanmağa başlayırlar. Bu, hücumçu üçün çox vacibdi”.