- Baxış sayı: 59
- 03 Fevral 2026 19:20
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Azərbaycanı Avropa Liqasında təmsil edən klubların 2-ci təsnifat mərhələsinə yüksələcəyi halda, görüşəcəyi potensial rəqibləri də Avropa Liqasında ilk oyunlarını keçiriblər. Allsport.az saytı sizi həmin nəticələrlə tanış edir.
Gürcüstan “Samtredia”sına Bakıda 5:1 hesabıyla qalib gələn “Qəbələ”nin növbəti mərhələdə üzləşəcəyi komandaların ilk matçı sülhlə bitib: “Aktobe” (Qazaxıstan) – MTK (Macarıstan) – 1:1.
“Neftçi” Malta “Baltsan”ını keçsə (ilk oyun 2:0), böyük ehtimalla Makedoniya “Şkendiya”sı ilə qarşılaşacaq. Çünki bu komanda doğma meydanda Polşa “Krakoviya”sına 2:0 hesabı ilə qalib gəlib.
Moldova “Daçiya”sı ilə Bakıda qolsuz heç-heçə edən “Kəpəz”in də potensial rəqibləri ilk oyunda heç-heçə ediblər. “Admira” (Avstriya) – “Spartak” Miyava (Slovakiya) duelində tərəflər hərəyə bir qol vurublar.