2 min könülü fəaliyyətdədir

Formula-1 üzrə Azərbaycan qran prisində 2 min könüllü fəaliyyət göstərir.

Allsport.az xəbər verir ki, onlar müxtəlif sahələrdə – media, akkreditasiya, protokol, tamaşaçı xidmətləri, təhlükəsizlik və digər istiqamətlərdə fəaliyyət göstərərək, yarış həftəsonunun uğurla reallaşmasına mühüm töhfə verirlər.

Seçilmiş könüllülər arasında tələbələr, gənc mütəxəssislər və müxtəlif peşə sahibləri yer alır. Onlar beynəlxalq təcrübə qazanmaqla yanaşı, böyük komanda ruhunu yaşayır, gələcək karyeraları üçün dəyərli bacarıqlar əldə edirlər.

Yarış üçün ümumilikdə 31 min nəfər könüllü olmaq üçün qeydiyyatdan keçib. Onlardan 2 min nəfər seçilərək Bakıdakı yarışın təşkilində iştirak edir. Bu göstərici indiyədək qeydə alınmış rekord müraciətkimi tarixə düşüb.

Həmin kateqoriyadan