- Baxış sayı: 24
- 10 Mart 2026 16:28
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

MLS rəhbərliyi mərc oyunlarında iştirak etdikləri üçün iki futbolçunu – amerikalı yarımmüdafiəçi Derrik Consu və qanalı oyunçu Yav Yeboanı futboldan ömürlük kənarlaşdırıb.
Allsport.az xəbər verir ki, aparılan araşdırma nəticəsində hər iki oyunçunun 2024 və 2025-ci illər mövsümündə öz komandalarının oyunları da daxil olmaqla, müntəzəm olaraq mərc qoyduqları aşkar edilib.
Xüsusilə 2024-cü il oktyabrın 19-da keçirilən qarşılaşmada hər iki futbolçunun Consun sarı vərəqə alacağına mərc etdikləri və həmin hadisənin real olaraq baş verdiyi sübuta yetirilib. Həmin vaxt “Kolumbus Kryu”nun şərəfini qoruyan oyunçulardan 29 yaşlı Cons hazırda azad agent statusundadır,
28 yaşlı Yeboa isə karyerasını Çinin “Tsindao Haynyu” klubunda davam etdirirdi.
Yeboa 2023-cü ildə MLS çempionluğunun qazanılmasında həlledici qolun müəllifi olmuş, Cons isə 2024-cü ildə KONKAKAF çempionlar liqasının finalına qədər yüksəlmişdi.