- Baxış sayı: 33
- 15 Aprel 2025 22:05
- Baxış sayı: 87
- Aprel 14, 2025
- 0
Millimizin ağırlıqqaldıranı Allahyar Abışov vəfat edib. Allsport.az saytı xəbər verir ki, 26 yaşında qəflətən dünyasını dəyişən idmançının bacısı Rəna Abışova 2-qat ölkə çempionunun (62 kq, 2017; 2018) müəmmalı vəfatı ilə bağlı bəzi məqamları açıqlayıb:
“Qardaşım gözəl idmançı idi, milli komandanın şərəfini qoruyurdu, nə oldusa pandemiya dövründə oldu. Bu müddət ərzində idmandan uzaq düşdü. Namaz qılan Allahyar son 4-5 ayda pis uşaqlara qoşulmuşdu, heç özümüz də bilmirdik nələr baş verir.
Ona uğurlarına görə mənzil də verilmişdi. Bir müddət öncə eşitdik ki, həmin uşaqlarla “patı”ya qurşanıb, amma artıq gec idi. Qardaşım bu maddəni yüksək dozada qəbul etdiyi üçün ölüb, elə deyirlər. Xahiş edirəm, hər kəs bunu paylaşsın, başqa gənclər ölməsin, bizi bu bəladan qurtarın”.
Sportfm.az-ın məlumatına görə, 62 kq-da gənclərin Avropa birinciliyinin bürünc mükafatçısı olan yığmamızın üzvünün ölümünün səbəbinin aşkara çıxarılması üçün tibbi ekspertiza təyin edilib. “Lənkəran-Zirvə”nin üzvü 2016-cı ildə Əmanda İslam həmrəyliyi idman federasiyasının çempionatında fəxrü kürsünün 2-ci pilləsinə çıxıb.