20 yaşlı xizəkçi olimpiadaya qatılmaq istəyir – FOTO

20 yaşlı rusiyalı xizəkçi Yekaterina Şibekina 2026-cı il olimpiadasına hazırlaşır.

Allsport.az xəbər verir ki, son mövsümdə Rusiya çempionatında skiatlon yarışında 5-ci, 10 km məsafəyə fərdi yürüşdə isə 8-ci yeri tutan gənc idmançı yeni mövsümə güc və sürət üzərində çalışaraq başlayıb.

Şibekina bildirib ki, xüsusilə “eyni vaxtda hərəkət” texnikasında irəliləyiş əldə edib. Hazırda həm klassik, həm də sərbəst yürüşlərdə özünü daha inamlı hiss edir.

İdmançı psixoloji hazırlığa da diqqət yetirdiyini vurğulayıb. Məşqçisi Andrey Nutrixin ona yarışlarda zövq almağı və nəticəyə deyil, prosesə fokuslanmağı tövsiyə edib.

Şəxsi həyatından danışan Şibekina ailəsinin, xüsusilə qardaşı və anasının ona mənəvi dəstək verdiyini qeyd edib. Yarışlardakı uğursuzluqlardan sonra emosiyalarını meşədə qaçaraq tənzimlədiyini əlavə edib.

Uşaqlıqda softbol komandasında çıxış edən Şibekina zədə riski səbəbilə bu idmanı tərk edib. Hazırda boş vaxtlarında rəsm çəkmə, kitab oxuma və dərziçiliklə məşğul olur. Onun folklor ansamblında çıxış etmək arzusu da var.

Şibekina olimpiadaya qatılmaq üçün beynəlxalq xizək federasiyasının qərarını gözləyir. Paralel olaraq, gənclər arasında dünya çempionatına da ciddi şəkildə hazırlaşır.

Həmin kateqoriyadan