- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 253
- Mart 05, 2026
- 0

“Qəbələ” premyer liqada 200-cü məğlubiyyətini alıb.
Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan premyer liqasının IX turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzub.
Bölgə təmsilçisi 549-cu oyununda 200-cü dəfə xalsız qalıb. “Qəbələ” premyer liqadakı məğlubiyyət sayında ən çox uduzan 6-cı komandadır. Yalnız “Kəpəz”, “Turan”, “Şamaxı”, “Neftçi” və “Sumqayıt” daha çox görüşdə xalsız qalıb.
“Qəbələ”nin ilk məğlubiyyəti 2006-cı il avqustun 11-də “MKT-Araz”la səfər matçına təsadüf edib – 1:4.