- Baxış sayı: 1715
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Bakı-2015-in açılış mərasiminə 200 gün qalmasını qeyd etmək məqsədi ilə gələn həftə şəhərdə işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil ediləcək. Allsport.az saytı xəbər verir ki, ilk Avropa Oyunlarının başlamasına qalan 200 günü qeyd etmək üçün noyabrın 24-də İçərişəhərdə şəhəri işıqlandıracaq və diqqətçəkici nümayiş baş tutacaq.
Sözügedən məqamı qeyd etmək məqsədilə Bakı 2015-in təsviri əfsanəvi Qız qalası memarlıq abidəsinin üzərində möhtəşəm şəkildə nümayiş olunacaq və axşam Bakı 2015-lə bağlı xüsusi bir xəbər elan olunacaq.
Gənclər və idman naziri Azad Rəhimov bu barədə belə deyib: “İlk Avropa Oyunlarının başlamasına 200 gün qalıb. Bakı şəhəri və Azərbaycan ölkəmizin idman tarixinin mühüm hissəsinə çevriləcək oyunlara hazırlaşır. Eyni zamanda, biz bütün ölkədə böyük maraq oyadacaq xüsusi bir xəbər elan edəcəyik və mən bu tarixi anı mümkün qədər çox sayda insanla paylaşmaq istərdim”.
Bakı-2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Açılış Mərasiminin başlamasına qalan günlərin geri sayımına davam edirik və şəhərdə hər həftə böyük həyəcan hissi yaşanmaqdadır. Gələn il keçiriləcək Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək Avropanın elit idmançılarına ev sahibliyi etməyə hazırlaşdığımız üçün mən Bakı sakinlərini bizə qoşularaq tədbirlərimizdə iştirak etməyə dəvət edirəm”.