- Baxış sayı: 37
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 174
- Fevral 04, 2026
- 0

Bu gün U-21 millimiz növbəti oyununa çıxacaq.
Allsport.az xəbər verir ki, komandamız səfərdə Fransa yığması ilə qarşılaşacaq. “Stade de l’Epopee”də keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Qeyd edək ki, millimiz bundan əvvəl Lixtenşteynə (0:1) və Gürcüstana (0:3) uduzub, Slovakiyaya (2:1) qalib gəlib. Fransa yığması isə qrupda ilk matçını məhz millimizə qarşı keçirəcək.