22 yaşında dünyanın ən yaxşısıdır

Polşalı tennisçi İqa Szviatek ardıcıl 2-ci mövsümünü dünyanın bir nömrəsi kimi başa vurub.

Allsport.az xəbər verir ki, 22 yaşlı idmançı Arina Sabalenka və Koko Qauffu qabaqlayaraq WTA reytinqinin birinci pilləsini qoruyub.

Szviatek ardıcıl iki mövsümü birinci yerdə başa vuran altıncı ən gənc tennisçi olub. Daha gənc yaşda yalnız Kris Evert, Steffi Qraf, Monika Seles, Martina Hingis və Karoline Vozniaçki buna nail oldular.

Həmin kateqoriyadan