“Azərreyl”lər 1/4 finalda

Çimərlik voleybolu üzrə klublararası Avropa kubokunda mübarizə aparan “Azərreyl”in qadın və kişi komandaları ilin mərhələni öndə başa vurublar.

Allsport.az saytı xəbər verir ki, qrupda bütün rəqiblərinə qalib gələn hər 2 təmsilçimiz 1/4 finalına yüksəliblər. Fransanın Montpellier şəhərində bu raundunun görüşləri oktyabrın 12-də keçiriləcək.

Qrup mərhələsinin oyunları başa çatdıqdan sonra komandalarımızın rəqibləri bəlli olacaq.

Qadınlar
“Azərreyl” – “BVC Ludus” (SLO) 2:0 (21:18; 21:13)
“Azərreyl” – “BVC Ludus” (SLO)2:0 (21:16; 21:19)

Kişilər
“Azərreyl” – “BVC Ludus” (SLO) 2:0 (21:17; 21:17)
“Azərreyl” – “BVC Ludus” (SLO) 2:0 (21:16; 21:08)

Həmin kateqoriyadan