- Baxış sayı: 73
- 01 Fevral 2026 11:20
- Baxış sayı: 147
- Fevral 04, 2026
- 0

Azərbaycan kikboksçusu, daxili işlər nazirliyinin polis polkovnik-leytenantı, “Dinamo” idman cəmiyyətinin baş inspektoru Eduard Məmmədov İtaliyada veteranlar arasında keçirilən WAKO versiya üzrə dünya çempionatında qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, 63 kq-da mübarizə aparan idmançı finalda ukraynalı Artyom Kaşkurtsevi məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Məmmədov WAKO versiya üzrə 6-cı, ümumi versiyalar üzrə isə 26-ci dəfə dünya çempionu olub.
44 günlük Vətən müharibəsindən sonra keçirdiyi ilk yarışda qalib olan kikboksçu qələbəsini şəhidlərin ruhuna həsr edib.