- Baxış sayı: 52
- 18 Mart 2026 20:11
- Baxış sayı: 134
- Mart 19, 2026
- 0

Güllə atıcımız Ruslan Lunyov Tokio oyunlarında 2-ci dəfə hədəf önünə çıxıb. Allsport.az saytı xəbər verir ki, o bu dəfə 25 metr məsafədən dəqiqliyini yoxlayıb.
Bakı-2017 İslamiadanın qalibi təsnifatın ilk günündə 3 seriyada 281 xal toplayıb. O, 27 idmançı arasında hələlik 24-cü yerdə qərarlaşıb.
Sabah 2-ci təsnifat və final keçiriləcək. Həlledici mərhələdə ilk 6-lıq iştirak edəcək.
Ruslan 10 metr məsafəyə atəşaçmada çıxışını 20-ci yerdə bitirib.