- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 251
- Mart 05, 2026
- 0

“Real Madrid”in hücumçusu Kilyan Mbappe dostu və PSJ-dəki keçmiş komanda yoldaşı Əşrəf Hakimini “İlin Afrika Oyunçusu” mükafatını qazanması münasibətilə təbrik edib.
Allsport.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında yazıb:
“Səni sevirəm, qardaşım. Afrikanın kralı!. Bravo. Layiqli olduğun mükafatdır”.
Hakimi nüfuzlu Afrika futbol konfederasiyası mükafatı uğrunda “Liverpul”dan Məhəmməd Salah və “Qalatasaray”dan Viktor Osimheni geridə qoyub.