- Baxış sayı: 74
- 27 Fevral 2026 22:13
- Baxış sayı: 130
- Mart 19, 2026
- 0

7-12 yanvar Sloveniyanın Ruş şəhərində keçirilən güllə atıcılığı üzrə İSSF qran pri yarışlarında Nigar Nəsirova, Ruslan Lunev və Vladislav Kalmıkov final mərhələsinə vəsiqə qazanıblar. Allsport.az xəbər verir ki, ilin ilk beynəlxalq turnirində Nigar Nəsirova qadınlar arasında 10 metr pnevmatik tapança növündə 570 xal toplayaraq finala yüksəlib. Kişilər arasında keçirilən yarışda isə Vladislav Kalmıkov 580, Ruslan Lunev isə 576 xalla final mərhələsində iştirak etmək hüququ əldə ediblər.